Bizi sosial şəbəkələrdən izləyin:
Rusiya qüvvələri Donetsk vilayətinin Uqledar şəhərini ələ keçirib.
Bu barədə "DeepState" analitik layihəsi məlumat yayıb.
Qeyd edək ki, hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.
"Telegraph" yazır ki, Uqledarda yüzlərlə ukraynalı əsgər mühasirəyə düşə bilər. Müdafiəçilərin sözlərinə görə, şəhərin təxliyə yolları kəsilib, ərzaq, sursat və yanacaq ehtiyatları tükənmək üzrədir. Qeyd olunub ki, Ukraynanın Uqledardakı mövqelərinə hücum üç tərəfdən həyata keçirilir.