22:06
8°C
Bakı
Ötən gün paytaxtım Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində taksi sürücüsü ilə avtobus sürücüsü arasında insident yaşanıb.
Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisəyə "Bakubus" MMC-nin sürücüsünün minib-düşmə yerində dayanan taksiyə siqnal verməsi səbəb olub.
Buna əsəbiləşən BYD markalı taksinin sürücüsü maşından düşərək aqressiv davranış nümayiş etdirib. O, avtobus sürücüsünü yumruqla vurub.
Nəticədə, 77-EP-331 dövlət qeydiyyat nişanlı BYD markalı avtomobilin sürücüsü, 1985-ci il təvəllüdlü Zabit Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülür.