Külli miqdarda dələduzluqda ittiham olunan Könül Həmzəyeva AXTARIŞA VERİLDİ
Hadisə
270
17:58, Bu gün

Külli miqdarda dələduzluqda ittiham olunan Könül Həmzəyeva AXTARIŞA VERİLDİ

"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın barəsində cinayət işi açılıb.

Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Könül külli miqdarda dələduzluqda ittiham olunur.

K.Həmzəyeva istintaqdan qaçıb gizləndiyi üçün axtarışa verilib. Hazırda Xəzər Rayon Polis İdarəsində istintaq aparılır.

Qeyd edək ki, bir ay əvvəl tanınmış influenser Fidan Zeyn və Azerina da K.Həmzəyevadan şikayət edib. İnfluenserlər Xətai Rayon Polis İdarəsinə müraciət edib və Həmzəyevanın onların 150 min manatını mənimsədiyini bildiriblər.

Link kopyalandı!
Son xəbərlər