Deputatın öldüyü hoteldə illər sonra DAHA BİR FACİƏ
Hadisə
862
14:56, Bu gün

Deputatın öldüyü hoteldə illər sonra DAHA BİR FACİƏ

Fevral ayının 13-də günorta saat 14 radələrində Qusar rayonu ərazisində fəaliyyət göstərən istirahət mərkəzlərindən birində Ukrayna vətəndaşı, 1957-ci il təvəllüdlü Boris Merzlyakovun cəsədi aşkar edilib.

Moderator.az Bizim.Media-ya istinadla məlumat verir ki, meyitə baxış keçirilən zaman onun üzərində hər hansı zorakılıq izləri müəyyən edilməyib.

Mərhumun ölümünün dəqiq səbəbi hələlik məlum deyil.

Məlumat üçün bildirək ki, hadisə rayonun Çiləgir kəndində yerləşən "Chateau" hotelində qeydə alınıb.

Xatırladaq ki, 2018-ci ildə millət vəkili Astan Şahverdiyev də məhz adıçəkilən hoteldə ürək çatışmazlığından həyatını itirmişdi. Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Link kopyalandı!
Son xəbərlər