Bizi sosial şəbəkələrdən izləyin:
Mingəçevirdə evdən meyit aşkarlanıb.
Moderator.az xəbər verir ki, hadisə Nizami küçəsindəki mənzillərdən birində qeydə alınıb. Belə ki, qonşuların məlumatı üzərinə tək yaşayan 1938-il təvəllüdlü Anam İbrahimxəlilovanın yaşadığı evdə meyiti tapılıb.
İlkin müayinə zamanı onun köməksiz vəziyyətdə qalaraq öz əcəli ilə öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.