Zaqatalada yol qəzası: 4 nəfər yaralandı, ikisi qardaşdır
Hadisə
124
15:10, Bu gün

Zaqatalada yol qəzası: 4 nəfər yaralandı, ikisi qardaşdır

Zaqatalada yol qəzası baş verib.
 
Moderator.az-ın məlumatına görə, hadisə Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunda qeydə alınıb.
 
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 4 nəfər - Aşağı Çardaqlar kənd sakinləri, 60 yaşlı Rəsul Bədirov, 23 yaşlı Məhəmməd Osmanov, 28 yaşlı Səbuhi Sofiyev və onun 25 yaşlı qardaşı Vasif Sofiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
 
V.Sofiyev və R.Bədirovun müalicəsi xəstəxanada davam etdirilir. Digər iki nəfərin xəsarəti yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıblar.
 
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər