“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfər ağır cinayətlərdə ittiham olunur
Hadisə
762
09 Jan 2026 | 18:40

“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfər ağır cinayətlərdə ittiham olunur

“Azərşəkər” MMC-nin sabiq rəhbəri və daha iki nəfər külli miqdarda mənimsəmədə ittiham olunur.

Moderator.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı cinayət işi məhkəməyə daxil olub. İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun icraatına verilib.

“Azərşəkər” MMC-nin İdarə Heyətinin sabiq sədri Anar Mehhdiyev, onunla yanaşı Əvəz Süleymanov və Ruslan Ələsgərov Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək), 313-cü (Vəzifə saxtakarlığı), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri üzrə ittiham olunur.

Zərərçəkmi qismində “Azərşəkər” MMC və “Dastan Agro” şirkəti tanınır.

Cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər