Bizi sosial şəbəkələrdən izləyin:
Bakının Xəzər rayonunda bir nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı cinayət işi başlanıb.
Moderator.az xəbər verir ki, faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb və istintaq aparılır.
Qeyd edək ki, hadisə yanvarın 7-də baş verib.
Məlumata görə, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Əliyev Cavidan Güləli oğlunun idarə etdiyi “Hyundai” markalı avtomobil Qala qəsəbəsi ərazisində hərəkətdə olarkən yolun kənarında dayanmış “UAZ” markalı avtomobilə çırpılıb.
Toqquşma nəticəsində “Hyundai” markalı avtomobil aşıb.
Sürücü Cavidan Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.