Masallıda şərab evində saxta alkoqollu içkilər aşkarlanıb
Hadisə
2836
22 Dec 2025 | 18:00

Masallıda şərab evində saxta alkoqollu içkilər aşkarlanıb

Masallı şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən "Secret Şərab Evi" MMC-yə məxsus şərab evində keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, "Vip Line" və "Berezka" əmtəə nişanlı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb, normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.

Faktla bağlı inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər