22:55
11°C
Bakı
Şəkidə yük maşını piyadanı vurub.
Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Turan qəsəbəsində baş verib.
“KAMAZ” markalı yük maşını yolu keçmək istəyən 1954-cü il təvəllüdlü Süleymanov Silon Süleyman oğlunu vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.