PSJ-nin futbolçusu zədələnərək sıradan çıxıb
1585
28 Nov 2025 | 22:20

PSJ-nin futbolçusu zədələnərək sıradan çıxıb

Fransanın PSJ klubunun futbolçusu Nunu Mendeş zədələnib.

Moderator.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

O, UEFA Çempionlar Liqasının V turunda "Tottenhem"ə (İngiltərə) qarşı matçda sağ budundan zədə alıb.

23 yaşlı müdafiəçi PSJ-nin ölkə çempionatının XIV turunda "Monako"ya qarşı keçirəcəyi matçda meydana çıxa bilməyəcək.

Qeyd edək ki, Nunu Mendeş cari mövsüm 16 oyunda iştirak edib, 4 qol vurub və 4 assist edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər