23:31
14°C
Bakı
Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən çoxmənzilli binada baş verən yanğın söndürülüb.
Bu barədə Moderator.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
16:27
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinə, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən çoxmənzilli binada mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.
Moderator.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə və digər zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Əlavə məlumat veriləcək.