Bizi sosial şəbəkələrdən izləyin:                                        
                                     
                                    
                                 
                                
                                    Paytaxtın Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.
 
                                            
                                            
                                            
                                            
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Moderator.az-a verilən xəbərə görə, zərərçəkmiş iki nəfər polisə müraciət edərək ümumilikdə 10000 manat dəyərində məişət əşyalarının talanmasını bildiriblər.
 
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə V.Məmmədov və əvvəllər məhkum olunmuş R.Əliyev şübhəli şəxs qismində saxlanılıblar.
 
Faktlarla bağlı araşdırmalar davam etdirilir.