01:06
11°C
Bakı
Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən Rəşid Babayevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
Moderator.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Rəşid Babayev 9 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il mayın 3-də Maştağa qəsəbəsində baş verib. Rəşid Babayev Roman Əsgərova kəsici-deşici alətlə xəsarətlər yetirib. Yaralı xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Təqsirləndirilən Rəşid Babayevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.