Bakıda 30 min manatlıq dam örtüyü və moped oğurlandı
Hadisə
1243
03 Nov 2025 | 12:52

Bakıda 30 min manatlıq dam örtüyü və moped oğurlandı

Nərimanov rayonunda mağazaların birindən oğurluq edilib.
 
Moderator.az xəbər verir ki, noyabrın 1-də Bakı şəhər sakini polisə müraciət edərək ona məxsus mağazadan 30000 manat dəyərində dam örtüklərinin talanmasını bildirib. 
 
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı R.Səmədov müəyyən olunaraq saxlanılıb. 
 
Paytaxtın Sabunçu rayonunda isə bir nəfərə məxsus 2300 manat dəyərində moped oğurlamaqda şübhəli bilinən yeniyetmə də polis tərəfindən saxlanılıb.
 
Faktlarla bağlı araşdırma aparılır.
 
Link kopyalandı!
Son xəbərlər