Azərbaycanda həftəsonu 18 nəfər evdən küsüb gedib - EKSPERTLƏR NƏ DEYİR?
Hadisə
1323
03 Nov 2025 | 11:26

Azərbaycanda həftəsonu 18 nəfər evdən küsüb gedib - EKSPERTLƏR NƏ DEYİR?

Azərbaycanda həftəsonu 18 nəfər evdən küsüb gedib. 
 
Moderator.az xəbər verir ki, noyabrın 1-də və 2-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 18 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Hüquqşünas və ekspertlər hesab edir ki, bu hallar əsasən evdə və ailədə yaranan anlaşılmazlıqdan qaynaqlanır.
 
Burada daha çox, yəni itkin düşmə hallarında polis orqanlarının əlavə iş yükü yaranır və bir şəxsin tapılmçası üçün xeyli əmək və resurs sərf olunur.
 
Ona görə də xüsusilə ailə başçıları, böyüklər övladları ilə münasibətdə diqqətli olmalı, bu hala sövq edən davranışlardan çəkinməlidir. 
 
Link kopyalandı!
Son xəbərlər