Bizi sosial şəbəkələrdən izləyin:
Şamaxıda avtomobil aşıb.
Moderator.az xəbər verir ki, Bakı-Şamaxı-Yevlax yolunun 103-cü kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.
İlkin məlumata görə, Bakı istiqamətində hərəkətdə olan Mercedes markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək yoldan çıxıb və aşıb. Qəza nəticəsində avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hazırda onların vəziyyəti barədə məlumat yoxdur. Hadisə ilə bağlı araşdırma aparılır.