Dörd maşın toqquşub, ölən və yaralananlar var
Hadisə
373
16:57, Bu gün

Dörd maşın toqquşub, ölən və yaralananlar var

Abşeron rayonunun Saray qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Moderator.az "Report"a istinadla xəbər verir ki, hadisə zamanı "Mitsubishi", "Ravon", "Opel" və "Toyota" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində xəsarət alan dörd nəfərdən biri - 1990-cı il təvəllüdlü İnqilabzadə Elxan İlham oğlu hadisə yerində ölüb.

Xəsarət alan digər üç nəfər dərhal xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər