Bizi sosial şəbəkələrdən izləyin:
Bakının Binəqədi rayonunda restoranda, Sumqayıtda isə çay evində yanğın olub.
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda restoran ərazisində taxta konstruksiyalardan ibarət ümumi sahəsi 150 m² olan mətbəxin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bundan başqa, Sumqayıt şəhərində üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 50 m² olan çayxanada mətbəxin yanar konstruksiyaları 10 m² sahədə yanıb, yüksək temperaturdan 1 ədəd kondisioner qismən əriyib.
Çay evinin qalan hissəsi və bina yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.