Bizi sosial şəbəkələrdən izləyin:
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməmkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xəzər dənizinin Xaçmaz rayonu, Nabran qəsəbəsi sahilində suiti cəsədləri aşkar olunub.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu BabayevaModerator.z-a bildirib ki, suiti cəsədlərinin ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən suiti cəsədlərindən nümunələr götürülüb.
Xidmət rəsmisinin sözlərinə görə analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.