Pirotexniki vasitələr satan şəxslər tutuldu
Hadisə
1105
27 Dec 2024 | 12:08

Pirotexniki vasitələr satan şəxslər tutuldu

Partlayıcı, tezalışan maddələrin və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
 
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, son 2 gündə paytaxtın Nəsimi, Suraxanı, Sabunçu, Səbail, Xətai rayonları, həmçinin Sumqayıt şəhəri, Abşeron, Tovuz, Füzuli, Goranboy, Tərtər, Gədəbəy, Biləsuvar, Şəmkir, Ağstafa, Sabirabad, Beyləqan və Ağdamda keçirilən tədbirlər nəticəsində pirotexniki vasitələrin satışını təşkil edən 31 nəfər müəyyən olunub. Onlardan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.
 
Faktlar üzrə həmin şəxslər barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.
 
Link kopyalandı!
Son xəbərlər