Bizi sosial şəbəkələrdən izləyin:
Bugünədək bir neçə faciəvi təyyarə qəzasında “hərbi iz” öz əksini tapıb.
Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Mixail Vinoqradov deyib.
“4 oktyabr 2001-ci ildə Təl-Əviv-Novosibirsk reysi təlim zamanı Ukrayna raketi ilə vurulub. Hadisə zamanı 78 nəfər ölüb.
24 avqust 2004-cü ildə Moskva-Volqoqrad və Moskva-Soçi təyyarələrinə terror hücumu olub, bu faciədə 89 sərnişin ölüb.
17 iyul 2014-cü ildə Amsterdam-Kuala-Lumpur təyyarəsi Donetsk vilayəti üzərində vurulub, 298 nəfər ölüb.
31 oktyabr 2015-ci ildə Şarm əş-Şeyx-Sankt-Peterburq təyyarəsinin partlaması nəticəsində 224 nəfər həlak olub.
25 dekabr 2016-cı ildə Moskva-Soçi-Latakiya təyyarəsinin qəzaya uğraması 92 sərnişinin həyatına son qoyub.
23 avqust 2023-cü ildə Moskva-Sankt-Peterburq özəl təyyarəsinin Tver vilayətində qəzaya uğraması zamanı 10 nəfər ölüb.
24 yanvar 2024-cü ildə İl-76 hərbi nəqliyyat təyyarəsi Belqorod vilayətində zenit raketi ilə vurulub, 74 nəfər həlak olub.
12 mart 2024-cü ildə İvanovo yaxınlığında İl-76 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması səbəbindən 15 nəfər ölüb.
25 dekabr 2024-cü ildə isə Bakı-Qroznı təyyarəsi qəzaya uğrayıb (həlak olan sərnişinlərin sayı dəyişə bilər, hazırki rəqəm 38 nəfərdir)”, - o bildirib.