Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində 66 nəfər həlak olub
Hadisə
1410
25 Dec 2024 | 12:07

Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində 66 nəfər həlak olub

Azərbaycan hava yollarına məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri ərazisində qəzaya uğraması nəticəsində 66 nəfər həlak olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.
 
Qeyd edək ki, "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.
 
Təyyarədə 67 sərnişin və 5 ekipaj üzvü olub.
 
Qeyd edək ki, 6 nəfər sərnişinin sağ qaldığı bildirilir. Onlara ilkin tibbi yardım göstərilir.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər