Azərbaycanda tələbələr arasında KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Xəstəxanaya yerləşdirilənlər VAR - YENİLƏNİB
Hadisə
2414
24 Dec 2024 | 18:20

Azərbaycanda tələbələr arasında KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Xəstəxanaya yerləşdirilənlər VAR - YENİLƏNİB

"Zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilən şəxslərə mədə-bağırsaq disfunksiyası diaqnozu qoyulub".
 
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
 
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 24-də saat 15:00-da Tovuz rayonunda zəhərlənmə şübhəsi ilə bağlı çağırış daxil olub. Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadaları göndərilib.
 
Hadisə yerindən 8 nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara mədə-bağırsaq disfunksiyası diaqnozu qoyulub. Hər bir xəstəyə zəruri tibbi yardım göstərilib. Hazırda onların vəziyyəti qənaətbəxş qiymətləndirilir", - deyə TƏBİB-dən bildirilib.
 
17:53
 
Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
 
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq qurumdan bildirilib.
 
Qeyd olunub ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
 
17:38
 
Tovuz Peşə Təhsili Mərkəzində tələbələrin zəhərlənmə şübhəsi ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinə məlumat daxil olub.
 
Agentlikdən verilən məlumat görə, hazırda bu barədə araşdırma aparılır.
 
Nəticə barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
 
17:30
 
Tovuzda zəhərlənmə hadisəsi baş verib.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, rayonda yerləşən Tovuz Peşə Təhsili Mərkəzində qeydə alınıb.
 
Təhsil mərkəzinin 8 tələbəsi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, onlar tortdan zəhərləniblər.
 
Link kopyalandı!
Son xəbərlər