Bizi sosial şəbəkələrdən izləyin:
İranın şimalındakı Gilan əyalətindəki Astara şəhəri yaxınlığında Rusiya Federasiyasının Dağıstan Respublikasının yük maşını sürücüsü işləyən vətəndaşının üzərində güllə yarası olan meyiti aşkarlanıb.
Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.
"Bu il dekabrın 16-da Astara şəhəri yaxınlığındakı parkda Dağıstandan olan Rusiya vətəndaşının güllə yarası ilə meyiti aşkarlanıb. O, yük maşını sürücüsü idi. Hazırda İranın hüquq-mühafizə orqanları Rusiyanın Rəştdəki Baş Konsulluğunun və həmin ölkənin İrandakı Səfirliyinin sıx nəzarəti altında araşdırma aparır", - Rusiya səfirliyinin mətbuat xidmətindən bildirilib.
Rusiyanın İranın paytaxtındakı diplomatik nümayəndəliyi ölən şəxsin ailəsinə və yaxınlarına başsağlığı verib. Nümayəndəlik vurğulayıb ki, Rusiya tərəfi iranlı həmkarlarını təcili və hərtərəfli araşdırmaya, təqsirkarların cəzalandırılmasına çağırıb.