Bizi sosial şəbəkələrdən izləyin:
Zambiya paytaxtı Lusakada ölkə prezidenti Hakainda Hiçilemaya cadugərlik yolu ilə zərər vurmaqda şübhəli bilinən iki nəfər saxlanılıb.
Bu barədə polisin ZNBC telekanalına verdiyi məlumatda deyilir.
“Şübhəlilərin üzərində müxtəlif amuletlər, canlı buqələmun tapılıb və cadugərliklə məşğul olduqları güman edilir. Onların məqsədli missiyası dövlət başçısına xələl gətirmək üçün sehrlərdən istifadə etmək olub”, - polis şöbəsindən bildirilib.
Mozambik vətəndaşı Mabulesse Kandunde və Zambiya Leonard Phirinin saxlanıldığı dəqiqləşib. Polisin ilkin məlumatına görə, onları müxalif Zambiyalı siyasətçi Emmanuel Cey Bandanın xaricdə olan qardaşı işə götürüb. (Publika.az)