Azərbaycanda 51 yaşlı Türkiyə vətəndaşı sükan arxasında öldü
Hadisə
352
16:30, Bu gün

Azərbaycanda 51 yaşlı Türkiyə vətəndaşı sükan arxasında öldü

Bakı-Qazax magistral yolunda Türkiyə vətəndaşı olan sürücü vəfat edib.
 
Moderator.az "Report"a istinadla xəbər verir ki, Bakı-Qazax magistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində Türkiyə vətəndaşı, 1973-cü il təvəllüdlü TIR sürücüsü Adəm Talay dünyasını dəyişib.
 
İlkin ehtimala əsasən, o, ürək çatışmazlığından ölüb. Meyit tibbi ekspertizaya aparılıb.
 
Faktla bağlı araşdırmaya başlanılıb.
 
 
Link kopyalandı!
Son xəbərlər