Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan-Ermənistan sərhədində güclü zəlzələ baş verib.
Moderator.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 03:01-də qeydə alınan yeraltı təkanların maqnitudası 4,8 olub.
Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib.
***
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Azərbaycan-Ermənistan sərhədində yerli vaxtla saat 03:03-də 3 bal gücündə zəlzələ qeydə alınıb.
Eləcə də, yerli vaxtla saat 3:07-də 3,8 bal gücündə növbəti olub. Zəlzələ episentrdə 4 bala qədər hiss olunub.