Bizi sosial şəbəkələrdən izləyin:
Şəki rayonunda sərxoş vəziyyətdə yıxılaraq xəsarət alan kişi ölüb.
Moderator.az "Report"a istinadən xəbər verir ki, dekabrın 17-də Şəki şəhər sakini 1975-ci il təvəllüdlü Vüqar Cahangir oğlu İsmayılov sərxoş vəziyyətdə yıxılaraq xəsarət alıb.
Komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilən V.İsmayılov dekabrın 18-də saat 13 radələrində ölüb.