Milyonlarla borcu olan şirkət rəhbərinin meyiti tapıldı
Hadisə
469
09:20, Bu gün

Milyonlarla borcu olan şirkət rəhbərinin meyiti tapıldı

"Aze Bilişim Finance" MMC-nin direktoru Ali Akşun evində ölü tapılıb.
 
Moderator.az-ın Ajans.az-a istinadən verdiyi xəbərə görə, hadisə ötən gün baş verib. Faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma başlayıb.
 
Şirakətin hüquqşünasının iştirakı ilə polis əməkdaşları tərəfindən meyit ekspertizaya aparılıb. Mərhumun ölüm səbəbini müəyyənləşdirmək məqsədilə bədənindən nümunələr götürülüb. İlkin ekspert rəyinə görə, Ali Akşunun ölümünə narkotik vasitə və ya digər zərərli vərdişlər səbəb olmayıb. Ölüm səbəbinin tam aydınlaşdırılması üçün ekspertizanın yekun rəyinin gözlənildiyi bildirilib. Araşdırmalar davam edir.
 
Qeyd edilir ki, bir müddət əvvəl kriptovalyuta alqı-satqısı ilə məşğul olan “Aze Bilişim Finance” MMC-nin - “Azebirja Şirkəti”nin fəaliyyəti ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma başladılıb.
Link kopyalandı!
Son xəbərlər