Dörd yaşlı qızına təcavüz edən ata 14 İL HƏBS EDİLDİ
Hadisə
972
05 Nov 2024 | 19:45

Dörd yaşlı qızına təcavüz edən ata 14 İL HƏBS EDİLDİ

Yekaterinburqda dörd yaşlı qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən şəxsə hökm oxunub.
 
Publika.az xəbər verir ki, bu barədə Rusiya Qadın Qeyri-Hökumət Assosiasiyaları Konsorsiumu zərərçəkənin hüquqşünasına istinadla məlumat yayıb.
 
İstintaq və məhkəmənin bütün mərhələlərində zərərçəkmiş uşağın maraqlarını müdafiə edən vəkilin sözlərinə görə, hadisə qızın dörd yaşı olanda baş verib. Həmin vaxt doqquz yaşı olan oğul işdən qayıdan anasına atasının bacısı ilə “anlaşılmaz bir şey” etdiyini deyib və sonra onları yorğan altında bir yerdə tapıb. Ana azyaşlıdan nə baş verdiyini soruşub və polisə müraciət edib.
 
Hadisə ilə bağlı cinayət işi açılıb, işin materiallarına daha sonra məhkəmədə baxılıb.
 
Kişi uşağa qarşı cinsi zorakılıq etməkdə təqsirli bilinib və mənəvi ziyana görə qızına 500 min rubl ödənilməklə 14 il müddətinə ciddi rejimli koloniyada həbs cəzasına məhkum edilib.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər