“Heç kim azad iradəyə və həqiqi müstəqilliyə malik dövlətin əlinə zorla silah verə bilməz”
Ekskluziv
3067
05 Nov 2024 | 22:32

“Heç kim azad iradəyə və həqiqi müstəqilliyə malik dövlətin əlinə zorla silah verə bilməz”

“Ermənistanın Qərbin diktəsi ilə silahlanması, onların hər bir arzu və istəyinə itaətkarcasına boyun əyməsi göstərir ki, bu dövlət həqiqi müstəqillikdən məhrumdur”.

 

Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, silahlanmanın və revanşist ideyaların nəticə etibarı ilə onların faciəsinə çevriləcəyi həqiqəti Ermənistanda bir çoxlarına məlum olsa da, İrəvan Qərbə “yox” deyə bilmir:

 

“Ermənistanda bir çoxlarının hələ də revanşist ideyalarla yaanşdığı, silahlanmaya maraq göstərdiyi sirr deyil. Lakin bu da məlumdur ki, Ermənistan özü də yaxşı bilir ki, sürətlə silahlanma və təxribatçı addımlar ona yaxşı heç nə vəd etmir. Bu gün Ermənistanın marağı Qərbin təzyiqlərindən imtina etməyi, onun müharibə, qarşıdurma səylərinə “yox” deməyi tələb edir. Lakin İrəvanın iradəsizliyi buna imkan vermir.

 

Heç kim azad iradəyə və həqiqi müstəqilliyə malik dövlətin əlinə zorla silah verə bilməz. Ermənistan regional sülh və təhlükəziliklə yanaşı, həm də öz maraqlarına zidd olaraq sürətlə silahlanmaqdadır ki, bu da Qərbin, eləcə də Hindistan və s. kimi dövlətlərin dəstəyi ilə həyata keçirilir. Və proseslərin gedişatı göstərir ki, nə Qərb öz məkrindən, nə də Ermənistan öz qətiyyətsizliyindən imtina etmək niyyətində deyil”.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər