Bizi sosial şəbəkələrdən izləyin:
İranın Şimalı Semnan əyalətində yerləşən Germsar şəhəri yaxınlığında zəlzələ baş verib.
Bu barədə IRNA agentliyi məlumat yayıb.
4,8 maqnitudalı zəlzələnin ocağı 11 kilometr dərinlikdə yerləşib.
Rəsmi məlumata görə, zəlzələ şəhərdə hiss edilib və nəticədə bəzi yaşayış evlərində elektrik enerjisi və internet kəsilib.
IRIB xəbər agentliyinin məlumatına görə, zəlzələ Tehran, Kerec və Qum şəhərlərində də hiss edilib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.