"Bütün tanış qızlar mənim qarşımda lüt dolanır, sən də..." – Salyanda ŞOK HADİSƏ
Hadisə
Oxunub: 571
08:39, Bu gün
Salyan rayonunda 1982-ci il təvəllüdlü Vüsalə tanışlıq münasibətində olduğu Nəsimini (adlar şərti verilib - red.) intim görüntüləri ilə şantaj edib.
 
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Vüsalə 10 yanvar 2024-cü ildə saat 23 radələrində yaşadığı evdə olarkən tanışı Salyan şəhər sakini Nəsimi hamam otağından “WhatsApp” tətbiqi vasitəsilə ona zəng edib.
 
Vüsalə görüntülü telefonla danışarkən Nəsiminin çılpaq vəziyyətdə olmasından istifadə edib, onun pulunu hədə-qorxu ilə tələb edib ələ keçirmək qərarına gəlib. Bu məqsədlə Nəsiminin fotoşəkilini telefonun fotokamerası vasitəsilə çəkib, bir neçə dəqiqədən sonra həmin fotoşəkilləri “WhatsApp” vasitəsilə Nəsiminin mobil telefonuna göndərib.
 
Vüsalə fotoşəkilləri internet sosial şəbəkəsində yayacağı barədə ona hədə-qorxu gəlib, bunu etməmək müqabilində 350 manat tələb edib. Nəsimi ailəsinin dağılmasından və cəmiyyət içərisində rüsvay olacağından ehtiyatlanıb, ondan tələb olunan pulu verməyə razılaşıb.
 
Vüsalə Nəsimidən 2024-cü ilin yanvarın 13-də Salyan şəhəri, Y.Qasımov küçəsində yerləşən “Univermaq” ticarət mərkəzində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə adına olan “Leobank”a bank kartının hesabına köçürülmüş 200 manat, həmin il yanvarın 14-də qeyd edilən qaydada həmin kart hesabına köçürülmüş daha 150 manat alıb.
 
İstintaq orqanı tərəfindən Vüsalənin barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.
 
“İnstaqram”da tanış olmuşam”
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsalə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Salyan şəhərində qeydiyyatda olsa da, faktiki olaraq Bakı şəhərində kirayədə yaşayıb:
 
“Əvvəllər ailəli olmuşam, sonradan boşanmışam. 15 və 17 yaşlarında 2 oğlan övladım mənim himayəmdə yaşayır. Bakı şəhərində “Zara” geyim mağazasında xadimə işləyirəm. Salyan şəhər sakini Nəsimini bir neçə ildir tanıyıram. Onunla “İnstaqram” mobil internet tətbiqi vasitəsilə tanış olmuşam və sonralar “WhatsApp” tətbiqi vasitəsilə əlaqə saxlamışıq.
 
Nəsiminin istifadə etdiyi “WhatsApp”ı xarici ölkəyə məxsus mobil telefon nömrəsi ilə qeydiyyatdan keçib. Ayda bir-iki dəfə Nəsimi mənə zəng edib, hal-əhval tutmuşuq”.
 
“Mübahisəmiz bu məsələyə görə oldu”
 
Vüsalə qeyd edib ki, Nəsimi ilə aralarında mehriban dost münasibətləri yaranıb, lakin bu müddət ərzində cinsi münasibətlərdə olmayıblar:
 
“2023-cü ilin dekabrından etibarən dəfələrlə gecə saat 22-23 radələrində artıq yuxuda olarkən Nəsimi mənə “WhatsApp” vasitəsilə zəng edib, yataqdan qalxaraq mətbəxə keçib və telefonun kamerası qarşısında özümü ona nümayiş etdirməyimi istəyib.
 
Nəsiminin bu kimi istəkləri təbiətimə uyğun olmadığından, həmçinin oğlanlarımla birlikdə yaşadığımdan, həmişə işdən evə yorğun gəldiyimdən bu kimi istəklərini rədd etmişəm.
 
Nəsimi hər dəfə mənə deyib ki, bir çox tanış qızları var, hər biri onun bu kimi xahişini yerinə yetirsələr də, bircə mən bunu etməməklə özümü naza qoyuram. Bu səbəbdən hər dəfə Nəsimi ilə aramızda sözlü mübahisələrimiz olub”.
 
“Lüt vəziyyətdə şəkilini çəkdim”
 
Vüsalə deyib ki, 2024-cü ilin yanvar ayının əvvəllərində Salyan şəhərindəki ata evinə gəlib və bir neçə gün Salyanda qalıb: “Həmin vaxt pulum olmadığından Bakı şəhərində kirayə haqqını ödəməkdə çətinlik çəkirdim. Bu səbəbdən Salyan şəhərində yaşayan qohumlardan borc pul almaq istəyirdim.
 
Həmin vaxtlar, yanvar ayının 10-da təxminən saat 23 radələrində evdə yatdığım zaman Nəsimi yenidən zəng edərək mətbəxə keçib, telefonun kamerası qarşısında özümü nümayiş etdirməyimi istədi. Mən yenidən ona rədd cavabı verdim, telefonu qapatdım. 1 saat sonra Nəsimi yenidən videogörüntü olaraq zəng etdi.
 
Mən telefonu açdıqda Nəsiminin hamam otağında paltarsız vəziyyətdə duş qəbul etdiyini gördüm. Onun bu cür şəkildə mənə zəng etməsindən bərk əsəbləşdim. Ani olaraq qərara gəldim ki, bu vəziyyətdə fotoşəklini çəkib, sonra onu qorxudum ki, bir daha bu saatlarda mənə zəng vurmasın. Ona görə Nəsiminin hamamda çimərkən paltarsız vəziyyətdə fotoşəklini telefonumun kamerası vasitəsilə çəkdim”.
 
“Şəkili silməyi unutmuşam”
 
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Nəsiminin çəkdiyi lüt fotoşəkilləri “WhatsApp”la ona göndərib: “SMS də yazdım ki, əgər 350 manat göndərməsən, bu fotoşəkilləri internetdə yayıb, səni biabır edəcəm. Nəsimi bu tələbimlə razılaşdı və pulu bir neçə gündən sonra göndərəcəyini dedi.
 
Yanvarın 13-də Nəsimi zəng edərək pulu necə göndərəcəyini soruşdum. Bildirdim ki, pulu bank kartıma göndərsin. Özümə məxsus “Leobank”ın bank kartının şəklini ona yolladım. Yanvarın 13-də Nəsimi həmin bank kartına 200 manat, yanvarın 14-də daha 150 manat köçürdü.
 
Mən də yanvarın 15-də Bakı şəhərinə getdim, həmin pulun 300 manatını bankomatdan çıxardaraq kirayə qaldığım evin aylıq ödənişini ödədim. Daha sonra Nəsiminin telefon nömrəsini telefonumun yaddaşından sildim. Çünki güman etdim ki, Nəsimi bir daha zəng edərək məni narahat etməyəcək.
 
Həmçinin Nəsimiyə dedim ki, pulu göndərdiyi halda fotoşəklini öz telefonumun yaddaşından siləcəm. Lakin Nəsiminin şəklini telefonun “qalereya” papkasından silsəm də, telefonun “zibil qutusu” papkasından silməyi unutmuşam”.
 
“Etiraz etmədim”
 
Vüsalə bildirib ki, fevralın 5-də Nəsimi yenidən ona zəng edib və Bakı şəhərinə gələcəyini deyib: “Mənimlə görüşməyi təklif etdi. Mən bu dəfə də ona rədd cavabı verdim. Buna baxmayaraq təkidlə bir neçə dəfə zəng edərək görüşmək istədi. Hər dəfə ona rədd cavabı verdim.
 
Növbəti günlərdə Nəsimi yenidən zəng etdi və Bakı şəhərinə gələrək mənimlə görüşəcəyini dedi. Bu dəfə daha etiraz etmədim.
 
Fevralın 10-da axşam saatlarında Nəsimi zəng edərək Bakı şəhərində yaşadığım evin yanında olduğunu dedi. Mən də evdən küçəyə çıxdım və həmin vaxt mülki geyimdə olan şəxslər mənə yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etdilər. Nəsiminin şikayət ərizəsi əsasında aparılan araşdırma ilə bağlı izahat verilməyim üçün Salyan Rayon Polis Şöbəsinə dəvət etdilər.
 
Mən etiraz etmədim, polis əməkdaşları ilə birlikdə Salyan Rayon Polis Şöbəsinə gəldim.
 
Nəsimidən pul tələb edərkən onun fotoşəkilini internetdə yaymaq məqsədim olmayıb. Bunu sadəcə Nəsiminin məndən əl çəkməsi məqsədilə etmişəm. Bilməmişəm ki, bu cinayətdir. Peşmanam, himayəmdə 2 övladım var”.
 
“Cinsi münasibətlərdə olmamışıq”
 
İş üzrə zərərçəkmiş Nəsiminin sözlərinə görə, ailəsi ilə birlikdə Salyan şəhərində yaşayır:
 
“Vüsalə ilə təxminən 3-4 il əvvəl “İnstaqram” sosial şəbəkəsində tanış olmuşam. Dost münasibətlərimiz olub. Bu müddət ərzində ayda 1-2 dəfə telefon vasitəsilə əlaqə saxlamışıq, söhbət etmişik. Bir neçə dəfə Bakı şəhərində Vüsalə ilə görüşmüşəm. Lakin cinsi münasibətlərdə olmamışıq.
 
Maddi vəziyyəti çətin olduğundan Vüsalə bir neçə dəfə məndən borc pul istəyib. Mən hər dəfə istədiyi pulu borc olaraq ona vermişəm. Lakin bu günədək Vüsalə mənə borclu olduğu 400 manatı qaytarmayıb”.
 
“Bildirdi ki, lüt vəziyyətdə fotoşəkilimi çəkib”
 
Nəsimi qeyd edib ki, 2024-cü ilin yanvar ayının 10-da evində hamamda olarkən videogörüntülü zəng vasitəsi ilə ona zəng gəlib: “Telefonu açdım, zəng edənin Vüsalə olduğundan dərhal telefonu qapatdım.
 
Bundan təxminən 20-25 dəqiqə sonra Vüsalə “WhatsApp” vasitəsilə SMS yazdı və bildirdi ki, mənim hamamda lüt vəziyyətdə fotoşəkilimi çəkib, əgər ona 350 manat göndərməsəm, fotoşəkilimi internet vasitəsilə yayacaq. Pulu göndərdikdən sonra isə fotoşəkilimi telefonundan siləcəkdir.
 
Mən ailəli və Salyan şəhərində özümə görə hörmətim, nüfuzum olduğundan biabır olmamaq, ailəmin dağılmaması üçün məcbur qalıb Vüsalənin istədiyi pulu göndərməyə razılıq verdim. Pulu necə və harada verəcəyimi soruşdum. Vüsalə adına olan bank kartının şəklini mənə göndərdi. Pulu həmin bank kartına göndərməyimi istədi”.
 
“Şikayət ərizəsi yazdım”
 
Zərərçəkmiş deyib ki, yanvarın 13-də “Univermaq” ticarət mərkəzinə gəlib və “Milliön” ödəmə terminalı vasitəsilə 200 manatı, ertəsi gün yanvarın 14-də yenə həmin yerdən daha 150 manatı Vüsalənin plastik kartına göndərib:
 
“Vüsalə zəng edərək bildirdi ki, pulu alıb və şəklimi öz telefonundan silib. Lakin mən ona inanmadım. Fevralın 5-də zəng edərək dedim ki, Bakı şəhərinə gəlirəm, təklif etdim ki, görüşüb çay içək. Məqsədim Vüsalə ilə görüşüb telefonuna baxmaq idi ki, fotoşəklimin silinməyinə əmin olum. Amma Vüsalə mənim hamamda çəkilmiş fotəşəklimi “WhatsApp” vasitəsilə göndərdi və SMS yazdı ki, əgər bir daha ona zəng etsəm, mənim şəklimi internetdə yayacaq.
 
Artıq mənə aydın oldu ki, Vüsalə hamamda çəkilmiş şəkilimi öz telefonunun yaddaşından silməyib, gələcəkdə şantaj edərək hər ay məndən pul ala biləcək. Bu səbəbdən fevralın 9-da Salyan Rayon Polis Şöbəsinə gəldim və Vüsaləni qorxutmaq üçün şikayət ərizəsi yazdım”.
 
Bu cinayət işinə Salyan Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüsalənin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.
Oxşar xəbərlər
12:13, Bu gün
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı
12:08, Bu gün
Pensiya və əməkhaqqı bu qədər artırılır: Sosial müavinətlər isə... - Meyarlar açıqlandı
12:02, Bu gün
Xəzər dənizində zəlzələ oldu
11:59, Bu gün
Metroda tuneldə tüstülənmə: Qatarlar 25 dəqiqə gecikdi
11:55, Bu gün
Milyarder ərindən boşanan müğənni yeni sevgili tapdı
11:54, Bu gün
Tağı Əhmədovun evindən görüntülər - VİDEO
11:49, Bu gün
Qızdırıcının radiatorlarının pəncərələrin altında olmasının səbəbi nədir?
11:46, Bu gün
“Azərbaycan kişisi hambal olmalıdır, qadını isə...” - VİDEO
11:41, Bu gün
Bağçalara NƏZARƏT BAŞLADI 
11:34, Bu gün
MSK nümayəndə heyəti Moldovada seçkiləri müşahidə edəcək
11:30, Bu gün
Nağdlaşdırma zamanı niyə yüksək məbləğdə komissiya tələb olunur? - VİDEO
11:27, Bu gün
“Azərbaycanı SSRİ-dən ayırmağa çalışan” BDU məzunu ömrünün 10 ilini Sibirdə yaşamalı oldu...
11:24, Bu gün
Çay markalarından böyük qalmaqal! Qida boyası...
11:19, Bu gün
Tağı Əhmədovun həyat yoldaşı: "Onu kobud qaba adlandırırlar, əslində isə..." - FOTO
11:09, Bu gün
Üçüncü Dünya Müharibəsinin ən güclü ölkələri AÇIQLANDI!
10:53, Bu gün
Quşlar onlarla avtomobili daşa basdılar - VİDEO - FOTO
10:42, Bu gün
Azərbaycanda FACİƏ: Ata odun sobasına benzin atdı, iki yaşlı oğlu yanıb öldü
10:35, Bu gün
Dövlətdən 80 manat alacaq şəxslərin NƏZƏRİNƏ! - Fəaliyyətə başladı
10:23, Bu gün
Prezident bunlara QARŞI ÇIXDI - COP29 zamanı...
10:15, Bu gün
Sabiq merin həyat yoldaşının evində axtarış: PULLAR GÖRÜN HARDAN ÇIXDI - VİDEO
10:04, Bu gün
Bəzi xəstələrin dərman təminatı niyə kəsilib?
09:54, Bu gün
Tağı Əhmədovun dəfn yeri və saatı açıqlandı
09:49, Bu gün
İran-Türkiyə böhranını yüngülləşdirən TELEFON ZƏNGİ 
09:42, Bu gün
"Bu, kimdir və nəyə hazırlaşır?.."-FOTOLAR
09:38, Bu gün
Azərbaycanda ehtiyatda olan hərbçilər orduya ÇAĞIRILDI - MÜHÜM XƏBƏR!
09:28, Bu gün
Evdə pişik saxlayanların diqqət etməli olduğu 8 QIZIL QAYDA 
09:23, Bu gün
İlin sonlarına doğru sürətlənəcək... - HƏYƏCAN TƏBİLİ!
09:17, Bu gün
“Rusiya “qiyamət silahları”nı ona görə nümayiş etdirir ki...”
09:11, Bu gün
Vətən müharibəsinin 23-cü günü - 13 kənd işğaldan azad edilir
09:02, Bu gün
Yol kənarlarındakı təhlükə mənbəyi: İstismara yararsız və tərk edilmiş avtomobillər
08:57, Bu gün
Avropa ilə aramızda saat fərqi artacaq!- Dünyanın 143 ölkəsində DƏYİŞİB
08:53, Bu gün
Ermənilərin yalnız 2 faizi Putinin cani dostuna inanır...-Daha çoxu Paşinyanı dəstəkləyir...
08:48, Bu gün
MUM-da satıcı qız 103 min manatlıq qızılları ələ keçirdi: Həbs edilmədi- FOTO
08:39, Bu gün
"Bütün tanış qızlar mənim qarşımda lüt dolanır, sən də..." – Salyanda ŞOK HADİSƏ
08:31, Bu gün
Bakının bu 4 yerindən ev almayın – Şəhər sakinlərinin nəzərinə
08:22, Bu gün
Türkiyədə yeni doğulan körpələri narkotiklərlə yuxuya verən cinayətkar dəstə ifşa edildi- VİDEO
08:18, Bu gün
"Qarğıdalı bişirib satın!" - Paşinyandan kəndlilərə tövsiyə
08:11, Bu gün
“Çiko”nun içindən görün nə çıxdı - FOTO
07:58, Bu gün
Film Heç Bitməsin” Birinci Beynəlxalq Kino Festivalı çərçivəsində “Həyat deyəsən gözəldir” filmi nümayiş olunacaq
07:31, Bu gün
Şimali Koreyadan gəlmiş əsgərlərə rus hərbi formaları geyindirilir...-VİDEO
00:17, Bu gün
TƏBİB-dən Tağı Əhmədovun ölümü ilə bağlı AÇIQLAMA
00:12, Bu gün
Rusiya və Ukrayna arasında hərbi əsirlərin mübadiləsi aparılıb
00:08, Bu gün
Alimlər Marsda "qurumuş insan başı" aşkar edib?..
18 Oct 2024 | 23:04
Bayden: İsrailin İranı nə vaxt vuracağını bilirəm
18 Oct 2024 | 23:01
ABŞ-də strateji nüvə qüvvələrinin illik təlimləri başlayıb
18 Oct 2024 | 22:56
“İTV-də o verilişi görəndə kanalı çevirirəm” - VİDEO
18 Oct 2024 | 22:48
8 min metrlik zirvəni 50 dəfə fəth etdi: Yeni dünya rekordu
18 Oct 2024 | 22:40
“Şuşa” musiqili filmi məşhur yayım platformasında təqdim olunub
18 Oct 2024 | 22:30
Nyu Yorkda Azərbaycan bayrağı ucaldıldı - FOTO
18 Oct 2024 | 22:25
Əfsanəvi taborun “Canavar” ləqəbli əfsanəvi qəhrəmanı
18 Oct 2024 | 22:20
"Qarabağ"la oyunda hakimlikdən şikayət etdi: Biraz simpatiya olanda...
18 Oct 2024 | 22:13
Putin Bakıya gəlməyəcək? - BBC
18 Oct 2024 | 22:08
"Şəhidlər ölmür, əbədi yaşayır..." - İranın XİN rəhbəri
18 Oct 2024 | 22:00
Xalq artisti oğlu və qızı ilə Hindistanda - VİDEO-FOTO
18 Oct 2024 | 21:45
Şəkidə məktəbli intihar edib
18 Oct 2024 | 21:38
“Mənə kim sifariş edə bilər ki?” - Qurban Qurbanov
18 Oct 2024 | 21:30
İrəvanın mərkəzində Azərbaycan məhsulu SATILIR - FOTO
18 Oct 2024 | 21:25
İdeal ər və ya arvad seçmək qaydaları: DİQQƏT YETİRİN!
18 Oct 2024 | 21:18
Tullanır, hürür və partaların üstünə çıxır: Müəllimin qəribə görüntüləri gündəm oldu - VİDEO
18 Oct 2024 | 21:08
"Trampın şit zarafatları ilə yenidən qalmaqal yaradıb" - Tramp
18 Oct 2024 | 21:05
Tağı Əhmədov vəfat etdi
18 Oct 2024 | 21:00
Azərbaycan neftinin qiyməti ilə bağlı MÜHÜM PROQNOZ - Gələn il...
18 Oct 2024 | 20:55
“Oğlumun təbriki məni məhv etdi”
18 Oct 2024 | 20:50
Güclü analitik zəkaya malik 4 bürc
18 Oct 2024 | 20:45
Ərdoğandan sülh açıqlaması: Bütün səyləri dəstəkləyirik!
18 Oct 2024 | 20:40
Parolun başqaları ilə paylaşılmaması “Netflix”in abunəçi sayını ciddi azaldıb
18 Oct 2024 | 20:37
"Kişi pul qazanırsa, qoy, xəyanət etsin"
18 Oct 2024 | 20:27
"Ukrayna və müttəfiqlərini çox ağır qış gözləyir" - Bayden 
18 Oct 2024 | 20:15
“Kəpəz” “Qarabağ”a böyük hesabla uduzdu
18 Oct 2024 | 20:05
Ərdoğan Azərbaycan xalqını təbrik etdi
18 Oct 2024 | 20:00
““Çiko”nun içindən siqaret kötüyü çıxdı” - FOTO
18 Oct 2024 | 19:55
Elektrik və internet kəsilə bilər - XƏBƏRDARLIQ
18 Oct 2024 | 19:54
“Bu saat əsas vəzifə bütün dünyaya Azərbaycanın demokratik, insan azadlıqlarını təmin edən bir dövlət olmasını göstərməkdir...”
18 Oct 2024 | 19:50
İstanbulda Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundu keçirilir - FOTOLAR
18 Oct 2024 | 19:45
"Camaat suyu şırhaşır açır" deyən DEPUTATIN 10 minlik çantası - VİDEO
18 Oct 2024 | 19:40
Deputat marjinal siyasi qruplara CAVAB VERDİ
18 Oct 2024 | 19:35
Ucuz bileti necə almaq olar?
18 Oct 2024 | 19:30
Hərbçimiz özünü öldürdü, cinayət işi açıldı
18 Oct 2024 | 19:25
Öldüyünü düşünüb ürəyini çıxarırdılar, dirildi
18 Oct 2024 | 19:20
Ermənistanın Türkiyə ilə bağlı planı – Lavrov açıqladı
18 Oct 2024 | 19:18
Dünyanın ƏN GÜCLÜ TELEFONU elan edildi - “iPhone 16 Pro” artıq köhnəldi
18 Oct 2024 | 19:16
Ərdoğan "3+3" platforması çərçivəsində dörd ölkənin XİN başçılarını qəbul edib
18 Oct 2024 | 19:08
MUM-da satıcı qız 103 min manatlıq qızılları ələ keçirdi: Həbs edilmədi - FOTO 
18 Oct 2024 | 19:03
Taksilərdə gediş haqqı bir manata yaxın bahalaşıb
18 Oct 2024 | 18:55
Formula 1-də qayda dəyişdi: Daha bu xal verilməyəcək
18 Oct 2024 | 18:50
Putindən Ukrayna ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI:  "İcazə verməyəcəyik!" - VİDEO
18 Oct 2024 | 18:45
Tibbi qurum 20 milyonluq VAKSİNLƏRİ bu şirkətdən ALDI
18 Oct 2024 | 18:43
Rəsmi Bakıdan Fransaya cavab
18 Oct 2024 | 18:42
Lavrov: Ermənistan Türkiyə ilə birbaşa əlaqə qurmaq istəyir
18 Oct 2024 | 18:40
HƏMAS şərtini açıqladı: İsrail Qəzzadan çıxmayana qədər...
18 Oct 2024 | 18:35
31 yaşında faciəvi şəkildə ÖLƏN APARICI
18 Oct 2024 | 18:30
Azərbaycanda qar... - FAKTİKİ HAVA
18 Oct 2024 | 18:26
Ukraynaya 350 milyonluq hərbi yardım göndərən ölkə hansıdır?
18 Oct 2024 | 18:20
“Qarabağ”ın oyununa nə qədər bilet satılıb?
18 Oct 2024 | 18:16
"TikTok"da 181 nəfəri aldadıb pullarını taladı: Rəsmi maaş da verirmiş
18 Oct 2024 | 18:15
Təbii çovdar çörəyinin faydaları
18 Oct 2024 | 18:12
Gec yatanlara pis xəbər: Ölümcül xəstəliyə tutula bilərsiniz...
18 Oct 2024 | 18:08
Ceyhun Bayramov Hakan Fidanla görüşdü - YENİLƏNİB + FOTO
18 Oct 2024 | 18:05
Prezident onları təltif etdi - SƏRƏNCAM
18 Oct 2024 | 18:03
“Nar” Gəncədə tələbələr üçün mobil rabitə laboratoriyası təsis etdi - FOTOLAR
GÜNLÜK
18 Oct 2024 | 13:37
“Milli Məclisin Rəyasət Heyətinin fomalaşdırılmasına ehtiyac var” - Qüdrət Həsənquliyev
18 Oct 2024 | 13:57
"ABŞ-da seçkilərdən sonra Ukraynanın irəliyə getməsi üçün üç yolu var" - Zelenski
18 Oct 2024 | 14:45
"Slovakiya Putinin əsl simasını görəcək" - Zelenskidən Fitsoya XƏBƏRDARLIQ
18 Oct 2024 | 17:02
İstanbulda 3+3 formatında görüş keçirildi - YENİLƏNİB + FOTO
18 Oct 2024 | 15:06
Flora Kərimova Afətə əsəbləşdi: "Bu, məni alçatmaqdır..."
18 Oct 2024 | 14:22
Toydan onminlərlə manat pul qazanan müğənnilərin nə qədər vergi borcu var? - ARAŞDIRMA
18 Oct 2024 | 14:23
"Mən hətta öz qohumlarımı da xilas edə bilmədim; 70 yaşlı qoca əmim, onun oğlu və s. vəhşicəsinə qətlə yetirildi...”-Mir Cəfər Bağırov
18 Oct 2024 | 12:59
“18 oktyabr xalqımızın tarix və bəşəriyyət qarşısında özünütəsdiqi günüdür”
18 Oct 2024 | 18:08
Ceyhun Bayramov Hakan Fidanla görüşdü - YENİLƏNİB + FOTO
18 Oct 2024 | 13:13
COP29 vaxtı bu şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcək
HƏFTƏLİK
15 Oct 2024 | 14:36
“Kimdir bunlar, hansı əsaslarla şəhərə giriblər, nə işlə məşğul olurlar?”-ÖZƏL
17 Oct 2024 | 10:08
"35 övladım var" - 30 ildir yoxa çıxan tanınmış azərbaycanlı qadın müğənni + VİDEO
14 Oct 2024 | 17:41
Ramzan Kadırov Rusiya bayrağından imtina edən dünya çempionuna müraciət etdi
17 Oct 2024 | 23:18
"Girovları qaytarın, silahı yerə qoyun, öz həyatınızı xilas edin..."
17 Oct 2024 | 21:22
KİV: Sinvarla birlikdə HƏMAS-ın bir sıra hərbi liderləri də öldürülüb
17 Oct 2024 | 11:15
Ali Məhkəmənin bu qərarı HƏR ŞEYİ DƏYİŞƏCƏK 
17 Oct 2024 | 21:01
Ənvər Abbasov və “Komedixana”nın təhsil mesajları - Yazıq repetitorlar
18 Oct 2024 | 11:50
ABŞ bu səbəbdən Türkiyə vətəndaşlarına QADAĞA QOYDU- VİZA ALMAQ MÜMKÜNSÜZDÜR
18 Oct 2024 | 11:35
Microsoft Data Mərkəzlərini niyə dənizin altına köçürdü?- ŞOK SƏBƏB 
15 Oct 2024 | 23:35
“Mehriban Ələkbərzadə mənə dedi ki, cavan olsaydın...”-Aktyora teatrlarda niyə yer yoxdur?-ÖZƏL+ŞİKAYƏT
AYLIQ
18 Oct 2024 | 13:37
“Milli Məclisin Rəyasət Heyətinin fomalaşdırılmasına ehtiyac var” - Qüdrət Həsənquliyev
18 Oct 2024 | 13:57
"ABŞ-da seçkilərdən sonra Ukraynanın irəliyə getməsi üçün üç yolu var" - Zelenski
18 Oct 2024 | 14:45
"Slovakiya Putinin əsl simasını görəcək" - Zelenskidən Fitsoya XƏBƏRDARLIQ
18 Oct 2024 | 17:02
İstanbulda 3+3 formatında görüş keçirildi - YENİLƏNİB + FOTO
18 Oct 2024 | 15:06
Flora Kərimova Afətə əsəbləşdi: "Bu, məni alçatmaqdır..."
18 Oct 2024 | 14:22
Toydan onminlərlə manat pul qazanan müğənnilərin nə qədər vergi borcu var? - ARAŞDIRMA
18 Oct 2024 | 14:23
"Mən hətta öz qohumlarımı da xilas edə bilmədim; 70 yaşlı qoca əmim, onun oğlu və s. vəhşicəsinə qətlə yetirildi...”-Mir Cəfər Bağırov
18 Oct 2024 | 12:59
“18 oktyabr xalqımızın tarix və bəşəriyyət qarşısında özünütəsdiqi günüdür”
18 Oct 2024 | 18:08
Ceyhun Bayramov Hakan Fidanla görüşdü - YENİLƏNİB + FOTO
18 Oct 2024 | 13:13
COP29 vaxtı bu şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcək