Bizi sosial şəbəkələrdən izləyin:
Afrika Millətlər Kubokunun seçmə mərhələsində "Burundi" - "Burkina Faso" matçından sonra baş verənlər idman gündəminə damğasını vurub.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, "Burkina Faso"nun qələbəsindən sonra meydana daxil olan azarkeşlər gərgin anlara səbəb olub.
Qarşılaşmadan sonra meydana daxil olan azarkeşləri dağıtmağa çalışan polis, burundili futbolçunu azarkeşlə səhv salaraq, onu qamçılayıb.
Burundi Futbol Federasiyası qalmaqaldan sonra araşdırma tələb edəcəyini açıqlayıb.
Matç, Mohamed Konate və Bertrand Traorenin qolları ilə "Burkina Faso"nun 2:0 hesablı qələbəsi ilə başa çatıb.