Məktəb binasından yıxılan qızın SON DURUMU
Hadisə
1945
11 Oct 2024 | 20:43

Məktəb binasından yıxılan qızın SON DURUMU

Abşeron rayonu Saray qəsəbəsində yerləşən 2 saylı orta məktəbin binasından yıxılan 8-ci sinif şagirdi Lalə Hüseynova (ad və soyad şərti) durumu açıqlanıb.
 
TƏBİB-dən Moderator.az-a verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 08.10.2024-cü il, saat 18:17-də Abşeron rayonu, Saray qəsəbəsi 2 saylı orta məktəbindən şagirdin yıxılması səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib.
 
Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 2010-cu il təvəllüdlü (qadın cinsli) şəxs müştərək travma diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. 
 
Onurğanın bel-oma nahiyəsinin və çanaq sümüyünün sınığı, bel fəqərəsinin sınığı diaqnozları təyin edilən şəxs Neyrocərrahiyyə şöbəsinə yerləşdirilib.
 
O, 10.10.2024-cü ildə ixtisaslı tibbi xidmət almaq üçün Yeni Klinikaya təxliyə olunub. Hazırda vəziyyəti stabil olaraq qiymətləndirlir və əməliyyatı planlaşdırılır.
Link kopyalandı!
Son xəbərlər