Bizi sosial şəbəkələrdən izləyin:
İstanbulda 80 yaşlı Halit Bayşunun cənazə namazı qılınarkən tabutdan səs gəlib.
Moderator.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Ayvansaray rayonunda baş verib.
İddiaya görə, 80 yaşlı Halit Bayşu dünyasını dəyişdiyi üçün Ayvansaray Hacı İlyas Yatağan məscidində cənazə namazı qılınmalı idi. Namaza hazırlıq zamanı tabutdan səslər gəlməyə başlayıb. Hadisə yerinə gələn tibb qrupları tabutu açanda Bayşunun nəbzi olduğunu görüblər. Ürək masajının ardından tibbi heyət onu xəstəxanaya aparıb.
Bayşu müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Milli.Az