Bizi sosial şəbəkələrdən izləyin:
Bakının Nəsimi rayonunda damdan yıxılaraq ölən şəxslə bağlı yeni detallar məlum olub.
Moderator.az Teleqraf.com-a istinadən xəbər verir ki, 32 yaşlı İlahə Bayramova rəssam Səyyad Bayramovun qızıdır. İlahə Bayramovanın nişanlı olduğu deyilirdi, iki ay sonra toyu olacaqdır.
Məlumata görə, Səyyad Bayramov tanınmış rəssamdır.
Qeyd olunur ki, İlahə Bayramova yaşadığı binanın üçüncü mərtəbəsində yerləşən mənzilin pəncərəsini silərkən yıxılıb və hadisə yerindəcə vəfat edib.
"Biz ona həmişə deyirdik ki, ora çıxma. O da bizi dinləməzdi, ora çıxaraq pəncərəni hər dəfə silərdi. Axırda da belə hadisə baş verdi" - deyə mərhumun qardaşı bildirib.