Zooparkdakı qəfəsdə insan cəsədi tapılıb
Hadisə
2009
07 Dec 2023 | 18:32

Zooparkdakı qəfəsdə insan cəsədi tapılıb

Pakistanın Bahavalpur şəhərində zooparkda şirlərin saxlandığı qəfəsdən meyit tapılıb.
 
"Cebhe.info" xəbər verir ki, Pəncab əyalətinin Bahavalpur şəhərindəki Şarbaq zooparkının işçiləri aslanların insan ayağı yediyini görüblər.
 
Vəziyyətdən şübhələnən işçilər aslanların qəfəsinə girib və orada bir nəfərin  cəsədi ilə rastlaşıblar.
 
 Səlahiyyətlilər meyitin kimə aid olduğunu hələ müəyyənləşdirə bilmədiklərini və bu şəxsin qəfəsə niyə və necə girdiyini araşdırdıqlarını bildiriblər.
 
Qeyd edək ki, hadisə ilə bağlı başladılan istintaq çərçivəsində zoopark müvəqqəti bağlanıb.
Link kopyalandı!
Son xəbərlər