İlqar Altay: “Qəbələ”nin “qələbə”si!
Oxunub: 5409
10 Aug 2015 | 21:54
İlqar Altay: “Qəbələ”nin “qələbə”si!

Hadisənin psixoloji aspektləri barədə


Moderator.az xəbər verir ki, İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas və politoloq İlqar Altay jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi, daha doğrusu baş verən hadisənin psixoloji aspektləri ilə bağlı maraqlı fikirlər səsləndirib:

 

“Gəlin izləyək ki, məsələ nədən başlayıb və hara gedib çıxıb. Jurnalist Rasim Əliyev "Qəbələ" futbol klubunun kapitanı Cavid Hüseynovun xarici jurnalistin "Niyə qələbənizi Türk bayrağı ilə qeyd etdiniz?" sualına öz iki yumrugunu bir birinə vurmaqla cavab verməsini tərbiyəsislik və əxlaqsızlıq kimi başa düşüb. Sonra öz fb statusunda bu cür də paylaşıb. Kapitan bunu bilib, jurnalistə zəng vurub izah edib ki, bu cür başa düşmək yanlışdır. İki yumrugun birliyi ilə Kipr jurnalistinə Azəri və Türk xalqlarının qardaşlığını bildirib. Qeyd edim ki, obyektiv yanaşmada, həqiqətən də videodan aydın görünür ki, Cavidin əllə hərəkəti təhqir yox, birlik mənasını verir.

 

Anlaşıblar. Jurnalist düşünüb, görüntünü səhv qavradığını anlaylb, vicdanla üzr istəyib, həmin statusu silib və məsələ bitib. Amma sən demə, məsələ bitməyib və o vaxt bitəcək ki, jurnalist yaxşıca "kötək" yeməklə də cəsalansın. İdmançı kapitanın "kruqu", cavidsevər gənclər həmin təhqirli statusu biliblər axı. Bu "böyük ləkə" jurnalistin üzrxahlığı və öz statusunu silməsindən əlavə onun yaxşıca döyülməsi ilə yuyula bilər yalnız. Bu, bir qanun-qaydadır indiki Bakı cavanlarının müəyyən təbəqəsində tanınan, sayılıb seçilən "hörmətti" oğlanların "şərəf və ləyaqətinin" qorunması üçün.

 

Cavid də bəzi, ugurlar əldə edib cəmiyyətin içərisində imtiyazlara sahib olmuş idmançılar kimi həmin "hörmətli" təbəqədənmiş. İstəsə və yaxud istəməsə belə, "yaxşı oğlan" marka- statusunu saxlamaq üçün tərəfkeş-təəssübkeşlərinin bu cür cəza aktını həyata keçirmək təşəbbüsünə razılıq verməyə məcbur imiş. Prosesin bir hissəsini, rahat şəkildə xoşluqla, üzr və təhqir statusunun silinməsi tərəfini öz imkanı ilə təmin edib, qalan "kötək" hissəsini isə, onun yaxınları həyata keçirib. Sadəcə, bu "kötəyin" dozasını qızışib çox ediblər. Zavallı jurnalist Rasim isə bu prinsiplərdən tamamilə xəbərsiz olub, hər şeyin ötüşdüyü, sülhlə bitdiyini düşünüb.

 

Cavid Hüseynovun, onun yaxın tərəfdarlarının jurnalisti fiziki cəzalandırmaq niyyətindən xəbərdar olması və bunun qarşısını lazımınca almaması elə, ilkin müşahidə ilə məlum olur. Futbolçunun bunu sifariş verməsi və ya təşkil etməsi isə, aparılacaq istintaq araşdırmasında müəyyən olunmalıdır.

 

Yəni, nəticədə, İdmançı-kapitan cəmiyyətin leqal təbəqəsindən qazandığı ugurlarla kifayətlənməyib, qeyri-leqal, cinayət aləmi qanunları tətbiq edilən təbəqəsində əldə etdiyi mövqeyinin, satatusunun qurbanına çevrilib. Yoxsa, jurnalist olmasın, hər hansı vətəndaş olsun, axşama kimi nazirləri, ictimai xadimləri və hətta güc strukturlarının rəhbərlərini öz facebook statusunda təhqir dərəcəsində tənqidlər edirlər. Bu halda təsəvvür edin ki, Türkiyənin ikinci-üçüncü eşalonu səviyyəsində olan bir futbol komandasının heç öz ölkəsinin əksər camaatının belə tanımadığı oyunçusuna jurnalist öz face statusunda anlaşılmazlıqdan iki kəlmə acı söz yazıb. Sonra da üzr istəyib və silib.

 

Bu şərtlər axı, gənc jurnalistin bir qrup hazırlıqlı mütəşəkkil dəstə tərəfindən ölümlə nəticələnən döyülməsinə adekvat deyil! Burada, jurnalist Rasim Əliyevə qarşı, ifrat cəza aktını şərtləndirən faktor məhz müasir gəncliyin müəyyən təbəqəsindəki münasibətlərin "oğru" qanun-qaydaları ilə tənzim olunmasıdır. Cavanlar arasında bütün günü "razborka"lar gedir. Kafe, restoran, barlarda, idman zalları , universitet və hətta orta məktəblərdə gənclərə "oğru dünyası" liderləri, ideoloqları, qayda-qanunları barədə təbliğatlar aparılır, kontaktlar qurulur. Səbəb budur. Məsələnin psixoloji, kriminoloji tərəfi bu vəziyyətdədir.

Nəhayət hadisənin ictimai aspektləri barədə.

 

Azərbaycan idmanına dövlət tərəfindən göstərilən xüsusi qayğı və idmanımızın da son illərdəki uğurları göz qabağındadır. Təzəcə Bakı Avropa Oyunları bitib və ugurları sadalamağa ehtiyac yoxdur. Ancaq bir sıra yarışlarda ugurlar qazanıb xüsusi imtiyazlar əldə etmiş və bunu cəmiyyətdə özü üçün xüsusi səlahiyyətlərə çevirmiş bir sıra idmançı gənclərimizin bəzi antiictimai hərəkətləri də ortalıqdadır.

 

Sanki, dövlətin xüsusi qayğısı, idmandakı uğurlar ilə əldə etdikləri toxunulmazlıq üstünlükləri, yüksək imkan və şərait bunlara çoxdozalı dopinq təsiri göstərib. Sanki bunları hallandırıb, real həyatdan uzaqlaşdırıb, eyforik vəziyyətə salıb. Bunlar cəmiyyət içində elə bil ki, hegemon qəhrəman hesab edilirlər və daimi özbaşınalıq hissləri ilə yaşayırlar. Mənfi nəticələr isə göz önündədir.

 

Birisi bahalı maşını saymazyana dərəcədə yüksək sürətlə sürür, qəza törədir və nəticədə diğər insanların xəsarəti, yanması, ölümü baş verir. Digər bir tanınmış idmançımız hüquq mühafizə orqanında işləməsini unudub çoxsaylı kommersiya strukturlarına malik olmasını müsahubə verib bəyan edir, bununla cəmiyyətdə bir ədalətsizlik narahatçılığı, həm də işlədiyi dövlət orqanına problem yatradır. Daha bir başqası cavanlardan özü üçün xüsusi zərbə qrupu yaradır. Zon-lardakı cinayətkar aləmilə əlaqədədir, onların azad cəmiyyətdəki nümayəndəsi funksiyasını yerinə yetirir, "razborkalar" aparır, zon-un maddi təminatını təşkil edir.

 

İnanılmaz da olsa, tam həqiqətdir. Bunlar hamısı ictimai qayda və təhlükəsizlik pozuntularına, ictimaiyyətin narazılığına və dövlətin də probleminə çevrilmiş olur nəticədə. Necə ki, futbolçu Cavid Hüseynovun hegemonlugu və bunun nəticəsi olaraq jurnalist Rasim Əliyevin faciəli ölümü timsalında.

 

Yüksək göstərici əldə etmiş, çempion olmuş adlı sanlı idmançı tərbiyə, davranış və intellektual səviyyə baxımdan yüksəkdə durmalıdır. Çempion olub, ölkəsinin bayragını qaldıran, prezidentdən medal, mükafat qəbul edən, adı elitar siyahıya düşən tanınan insan yaşından asılı olmayaraq ictimai xadim hesab olunur. Buna uygun da o, xalq, cəmiyyət içərisində mədəni, nümunəvi davranış göstərməlidir.

 

Bunun əksini edən, ugur və imtiyazlardan başı gicəllənib, özünü itirib azğınlıq edən hər bir idmançı kimliyindən asılı olmayaraq sərt cəzasını almalıdır. Bizə, bağışlayın, heyvərə, zırrama təfəkkür və davranışlı idmançı lazım deyil, ondan xeyirdən daha çox ziyan gələr. Bizə Tayson kimi yox, Məhəmməd Əli kimi, Maradona kimi yox, Pele kimi nümunəvi davranışlı idmançılar lazımdır.

 

İndiki sosial-iqtisadi böhranlı dövrdə dovlətin idmana çəkdiyi zəhməti, xalqın idmandan aldığı sevinci yerə vurub, hamını peşiman edən yeni bir yaramaz təbəqənin ayaq açıb şaxə verməsinə imkan yaratmaq olmaz. Cavidin kapitan oldugu "Qəbələ" klubunun çəlimsiz bir jurnalist üzərindəki "qələbəsi" bizə dərs olsun”.

Oxşar xəbərlər
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:12
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 17:57
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:19
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
18 May 2024 | 17:17
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:09
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
18 May 2024 | 17:04
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
18 May 2024 | 17:01
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
18 May 2024 | 16:59
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:58
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
18 May 2024 | 16:56
Qarabağ Universitetinin bukleti hazırlanıb
18 May 2024 | 16:54
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:52
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 16:48
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:42
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
18 May 2024 | 16:39
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:32
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:22
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
18 May 2024 | 16:19
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:12
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:11
Azərbaycanlı şair vəfat edib
18 May 2024 | 16:08
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
18 May 2024 | 16:03
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
18 May 2024 | 15:58
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
18 May 2024 | 15:51
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
18 May 2024 | 15:49
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
18 May 2024 | 15:45
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
18 May 2024 | 15:44
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
18 May 2024 | 15:43
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
18 May 2024 | 15:36
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
18 May 2024 | 15:33
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
18 May 2024 | 15:30
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
18 May 2024 | 15:25
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
18 May 2024 | 15:20
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
18 May 2024 | 15:18
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
18 May 2024 | 15:16
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
18 May 2024 | 15:15
Qafqazda qurulan oyun
18 May 2024 | 15:10
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
18 May 2024 | 15:03
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
18 May 2024 | 14:58
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
18 May 2024 | 14:52
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
GÜNLÜK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 06:42
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
AYLIQ
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 06:42
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."