SKANDAL: Yekaterinburqda Azərbaycan təyyarəsinin qurbanlarının xatirəsinə qoyulan memorial söküldü
Gündəm
1756
28 Dec 2024 | 13:02

SKANDAL: Yekaterinburqda Azərbaycan təyyarəsinin qurbanlarının xatirəsinə qoyulan memorial söküldü

Rusiyanın Yekaterinburq şəhərində Çeçenistanın hava məkanında Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulan Azərbaycan təyyarəsinin qurbanlarının xatirəsinə qoyulan memorial demontaj edilib.
 
Rus mediasının məlumatına görə, memorial yerli sakinlər və diaspor nümayəndələri tərəfindən spontan olaraq Azərbaycanın konsulluğu qarşısında qurulmuşdu. Xatirə abidəsinə çiçəklər qoyularaq təyyarə qurbanlarının xatirəsi yad edilmişdi. Azərbaycanın konsulluğunun binasında isə bayraq yarıya qədər endirilmişdi.
 
“Ural paytaxtının sakinləri Azərbaycanın konsulluğu binası önünə gül gətirərək başsağlığı bildirir, aviasiya qəzasında həlak olanların xatirəsinə ehtiram göstərir və qurbanların ailələrinə dəstək olmaq məqsədilə bir dəqiqəlik sükutla xatirələrini yad edirlər,” – deyə yerli mediada qeyd olunub.
 
Lakin dekabrın 28-də “Komsomolskaya Pravda – Yekaterinburq” qəzetinin müxbiri konsulluğun binasında artıq memorialın olmadığını bildirib. Binanın fasadına yaxın, Karl Libknecht küçəsi tərəfdə, yalnız səkidə iki qırmızı qərənfil qalıb.
 
Hadisənin səbəbləri və memorialın kim tərəfindən söküldüyü barədə rəsmi açıqlama verilməyib. /Musavat.com/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər