Bizi sosial şəbəkələrdən izləyin:
Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan kapitan İqor Knyaşkinin ailəsi cənazənin gətirilməsini gözləyir.
Bu barədə “Qafqazinfo”ya ailə üzvləri məlumat verib.
“Cənazənin nə vaxt veriləcəyini dəqiq bilmirik, ötən gecə gətirilən 4 cənazə arasında o yoxdur. Cənazəni müəyyənləşdirmək üçün dünən qan analizi vermişik, gözləyirik”, - məlumatda bildirilib.
Mərhumun yaşadığı binanın qarşısına kapitanın xatirə fotosu və çələng qoyulub. Evinə qalxan pilləkənlərə qərənfillər düzülüb.