Bizi sosial şəbəkələrdən izləyin:
"Bildiyiniz kimi, təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər olub. Onlardan 38 nəfər həlak olub".
Moderator.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı deyib.
"Son məlumata görə, 16 nəfər Azərbaycan vətəndaşı sağ qalıb. 16 nəfərdən 10-12 nəfərin vəziyyəti yaxşıdır, digərləri də ağır-stabil olaraq qalır. Çalışırıq ki, yaralıları Azərbaycana göndərək", - səfir qeyd edib.
Qeyd edək ki, 25 dekabr tarixində "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.
Qəzanın səbəbləri araşdırılır.