Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanın Türkiyədəki səfirliyində başsağlığı kitabı açılıb.
Moderator.az xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkə hesabında qeyd olunub.
Bildirilib ki, “Azərbaycan Hava Yolları” QSC-nin Bakı-Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirən “Embraer 190” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxlu sayda insan itkisi olub. Başsağlığı vermək üçün səfirliyimizdə başsağlığı kitabı açılıb.
Xatırladaq ki, AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərindən bir neçə kilometr aralıda qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub.
Faktla bağlı Azərbaycan və Qazaxıstanda cinayət işi açılıb.