Özbəkistanın XİN rəhbəri azərbaycanlı həmkarına başsağlığı verdi
Gündəm
2127
26 Dec 2024 | 12:40

Özbəkistanın XİN rəhbəri azərbaycanlı həmkarına başsağlığı verdi

Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng vurub.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
 
Telefon danışığı zamanı qarşı tərəf, ötən gün ölkəmizin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktau şəhəri yaxınlığında uğradığı faciəvi qəza ilə əlaqədar Özbəkistan dövləti və xalqı adından başsağlığı verib. Vəfat edən şəxslərə Allahdan rəhmət, doğmalarına səbr, yaralılara şəfa arzulayıb.
 
Özbəkistan qardaş Azərbaycanla bu çətin günlərdə həmrəy olduğu, kədərini bölüşdüyü diqqətə çatdırılıb, bir daha belə bir faciənin baş verməməsinə ümidvarlıq ifadə edilib. Nazir Ceyhun Bayramov baş sağlığına, ölkəmiz və xalqımız üçün ağır bir gündə göstərilən dəsətəyə görə qardaş Özbəkistan Respublikasına təşəkkür edib.
 
Qəzanın baş verdiyi ilk dəqiqələrdən etibarən Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyasının yaradıldığı, ölkəmizin müvafiq qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyətinin qəza yerinə ezam olunduğu bildirilib, qəzanın fəsadlarının aradan qaldırılması, xəsarət alanlara yardım göstərilməsi üçün görülən tədbirlər barədə məlumat verilib.
 
Link kopyalandı!
Son xəbərlər