AZAL təyyarəsinin Aktauda qəzaya uğraması: həlak olanların vəziyyəti ilə bağlı yeni məlumat
3692
26 Dec 2024 | 09:50

AZAL təyyarəsinin Aktauda qəzaya uğraması: həlak olanların vəziyyəti ilə bağlı yeni məlumat

Qazaxıstanın Manqistau vilayətinin Səhiyyə İdarəsi “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Aktauda qəzaya uğraması nəticəsində ölənlərin vəziyyəti ilə bağlı məlumat verib.
 
Oxu.Az zakon.kz-ə istinadən xəbər verir ki, 27 yaralı Mangistau Regional Multidissiplinar Xəstəxanasına çatdırılıb.
 
Qəbul edilənlərdən 15-i Azərbaycan, 8-i Rusiya Federasiyası, 3-ü Qırğızıstan vətəndaşıdır, birinin şəxsiyyəti müəyyənləşdirilməyib.
 
Xəstələrin 11-i ümumi reanimasiyada, 13-ü travmatologiya, 2-si neyrocərrahiyyə, 1-i cərrahiyyə şöbəsindədir.
 
"Xəstələr müxtəlif xəsarətlərlə, əsasən çoxsaylı xəsarətlərlə (qapalı kəllə-beyin zədəsi, beyin silkələnməsi, döş qəfəsinin qapalı xəsarətləri, 1-2 dərəcəlik travmatik şok) daxil olub. Reanimasiya şöbəsində olan 11 xəstədən 3-nün vəziyyəti stabil ağırdır. 7 nəfərin vəziyyəti ağır, 1 nəfərin vəziyyəti isə qeyri-stabildir, qəbul zamanı vəziyyəti stabilləşdikdən sonra bütün zəruri müayinələr aparılıb. Səkkiz zərərçəkmişdən biri son dərəcə ağır qeyri-stabil vəziyyətdə xəstəxanaya yerləşdirilib, ikinci zərərçəkmişə təcili laparotomiya, qarın boşluğunun drenajı ilə yoğun bağırsağın mezenteriyasının cırılmasının tikilməsi əməliyyatı aparılıb”, - deyə şöbədən bildirilib.
 
Bütün xəstələr Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin diaqnostika və müalicə protokoluna uyğun olaraq tam həcmdə müalicə alırlar.
 
Həmçinin Astanadan Təcili Tibbi Yardım üzrə Milli Koordinasiya Mərkəzinin və aparıcı Respublika mərkəzlərinin yüksək ixtisaslı mütəxəssisləri aviasiya vasitəsi ilə gəliblər.
 
“Yuxarıda göstərilən mütəxəssislərlə yanaşı, Rusiya Federasiyasının Səhiyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin xüsusi reysi və Azərbaycan Respublikasının tibbi aviasiya komandası da gəlib. Zərərçəkənlər və yaxınları ilə də psixoloqlardan ibarət qrup işləyir”, - deyə Regional Səhiyyə İdarəsindən əlavə ediblər.
 
Qeyd edək ki, dekabrın 25-də AZAL aviaşirkətinin Bakıdan Qroznıya uçan Embraer-190 təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 67 nəfər, o cümlədən 42 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı olub.
 
Son məlumatlara görə, 38 nəfər ölüb. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən , 2024-cü il dekabrın 26-da təyyarə qəzasında həlak olanların xatirəsinə Azərbaycanda matəm elan edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər