Xəzərdəki “Bermud üçbucağı”nda nə qədər qəza olub? - FOTO
Gündəm
1633
25 Dec 2024 | 15:19

Xəzərdəki “Bermud üçbucağı”nda nə qədər qəza olub? - FOTO

Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer 190” təyyarəsi Aktau hava limanının 3 km-liyində qəzaya uğrayıb.
 
Bu, Xəzər dənizi üzərində qəzaya uğrayan ilk təyyarə deyil.
 
1966-cı ilin aprelin 23-də İl-14P orta tutumlu sərnişin təyyarəsi Mahaçqalaya səfər edərkən qəzaya uğrayıb. Təyyarə ilə əlaqə uçuşdan 12 dəqiqə sonra Xəzər dənizi üzərində kəsilib. Göyərtəsində 5 heyət üzvü və 28 sərnişin olan İl-14P təyyarəsi bu günə qədər tapılmayıb. Onun 23 aprel günü Xəzər dənizində müşahidə olunan çətin hava şəraitində qəzaya uğraması ehtimal olunur.
 
2005-ci ilin dekabrın 23-də Nardaran qəsəbəsi yaxınlığında Xəzər dənizinə düşən An 140-100 təyyarəsindəki 4 heyət üzvü və 19 sərnişin hadisə nəticəsində həlak olub.
 
2008-ci ilin yanvarın 29-da Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğramışdı. Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi bazadan təlim uçuşu üçün havaya qalxan MiQ-29 sahildən 6 km uzaqlıqda dənizə düşmüşdü.
 
2009-ci ilin iyulun 12-də “AZAL Helicopter”ə məxsus “Mi 8T” helikopteri qazma qurğusunun kranına toxunaraq dənizə düşüb. Nəticədə 6 nəfərdən ikisi həlak olub.
 
2019-cu ilin iyulun 24-də təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilot həlak olub. /axar.az/
 
Link kopyalandı!
Son xəbərlər