Mehriban Əliyeva təyyarə qəzası ilə bağlı başsağlığı verib
Gündəm
1194
25 Dec 2024 | 12:24

Mehriban Əliyeva təyyarə qəzası ilə bağlı başsağlığı verib

Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzası nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.
 
Moderator.az xəbər verir ki, Mehriban Əliyeva bununla bağlı rəsmi sosial şəbəkəsində paylaşım edib.
 
Paylaşımda deyilir:
 
"Aktau yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən sarsıtdı. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Allah xalqımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!".
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər