Bizi sosial şəbəkələrdən izləyin:
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov vəzifəsindən azad edilib.
Moderator.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Z.Hüseynov bu vəzifəyə 2014-cü ildə təyin olunmuşdu. O, bu vəzifədə mərhum Tağı Əhmədovu əvəzləmişdi.