Tahir Kərimli: “Greencard”a qadağa qoyulmamalıdır
Gündəm
1761
07 Oct 2024 | 16:37

Tahir Kərimli: “Greencard”a qadağa qoyulmamalıdır

"ABŞ-nin və Azərbaycanın bir-birinə sanksiya tətbiq etməsi nəticəsində, şübhəsiz, münasibətlər xeyli dərəcədə pisləşəcək. "Greencard"a müraciətin məhdudlaşdırılması da təklif oluna bilər, lakin çalışmalıdırlar ki, münasibətlərin pisləşməsinə getməsinlər, adekvat tədbirlər görsünlər".
 
Moderator.az pravda.az-a istinadla xəbər verir ki, bunu Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
 
O bildirib: "Greencard"a müraciətin qadağan olunması bir qədər humanitar sahədə problemlər də yarada bilər. Humanitar təsirlərə malik olan qadağalar qoyulmamalıdır. Çünki vətəndaşların sərbəst yerdəyişmə hüquqları var. Bu, beynəlxalq hüquqla da tanınır. Həm də küsəndə barışıq üçün də yer saxlamaq lazımdır". 
Link kopyalandı!
Son xəbərlər